-
- 28-07-2023, 01:14
- 645
Dünya Bankı Ukraynaya 1,5 milyard dollar verib
Ukrayna Yaponiyanın zəmanəti ilə Dünya Bankından 1,5 milyard dollar alıb.
News24.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Sergey Marçenko bildirib.
“Əldə olunan vəsait iqtisadiyyatın bərpası və əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə olunacaq”, - deyə Marçenko Ukrayna Maliyyə Nazirliyinin saytında bildirib.
Bildirilir ki, 2022-ci ilin fevralından Ukrayna Yaponiya Beynəlxalq İnkişaf Agentliyi (JICA) vasitəsilə 581 milyon dollardan çox güzəştli maliyyə yardımı alıb.
Bu il Yaponiya Hökumətinin Dünya Bankının güvən Fondu vasitəsilə daha 2 milyard dollar birbaşa dəstək verəcəyi gözlənilir.