Peşə təhsilində YENİLİK
    • 28-07-2023, 11:08
    • 162

Peşə təhsilində YENİLİK

"Bu tədris ilindən etibarən peşə təhsili sahəsində adambaşı maliyyələşmə tətbiq ediləcək".

News24.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin вirektor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov deyib.

Onun sözlərinə görə, 3 min tələbə maliyyələşmə əsasında peşə təhsili əldə edəcək.

C.Kərəmov əlavə edib ki, peşə təhsilinin təsnifatı da yeniləcək: "Prosesin növbəti iki il ərzində həyata keçirilməsi planlaşdırılır. 15 min şəxsin qısamüddətli ixtisasartırma proqramlarına cəlbi nəzərdə tutulur".