Erməni jurnalist:
    • 28-07-2023, 12:22
    • 224

Erməni jurnalist: "Kağız üzərində bir dövlətik"

“Biz suverenliyin bütün atributlarını itirmiş, ancaq qidalanma, çoxalma və yaşamaq kimi heyvani instinktini qoruyub saxlayan kağız üzərində formal bir dövlətik”.

News24.az
xəbər verir ki, bunu erməni jurnalist “Hraparak” qəzetinin baş redaktoru Armine Ohanyan deyib.

"Seçki yolu ilə hökumət qurmağa çalışırıq amma yazıq və aciz vəziyyətindəyik. İkinci Qarabağ müharibəsində nə qədər gücsüz xalq olduğumuzu gördük. Başqa dövlətlərə mesajlar göndəririk və onlardan asılıyıq. Sivilizasiyanın bu mərhələsində, Ermənistanda 21-ci əsrdə xalqımızın böyük hissəsi acından ölür, xəstəxanalar işləmir, ibtidai tibbi xidmət yoxdur. Uşaqlar, hamilə qadınlar qida çatışmazlığından huşunu itirir. Amma biz belə bir vaxtda hər hansı gəlirlərin yığılmasından öyünürük”. 
 
Arzu