ABŞ Senatı müdafiə xərclərini təsdiqlədi - 880 MİLYARD DOLLAR
    • 28-07-2023, 15:36
    • 183

ABŞ Senatı müdafiə xərclərini təsdiqlədi - 880 MİLYARD DOLLAR

ABŞ-ın 2024-cü il üçün müdafiə xərcləri 880 milyard dollardan çox olacaq.  

News24.az-ın xəbərinə görə, bu müddəa Senatın təsdiq etdiyi qanun layihəsində yer alıb.
 
Sənədin lehinə 86, əleyhinə isə 11 senator səs verib. 

Yeni layihədə həmçinin Ukraynaya verilməsi nəzərədə tutulan "ATACMS" operativ-taktiki raket komplekslərinin alınması üçün 80 milyon, adı çəkilən ölkədə təhlükəsizliyə dəstək məqsədilə isə əlavə olaraq, 300 milyon dollar ayrılması da nəzərdə tutulub. 

O da qeyd edilib ki, Ukraynaya göndəriləcək silah və hərbi texnika bilavasitə istehsalçılardan alınacaq. 

Hərbi büdcədə həmçinin  süni intellektdən istifadənin genişləndirilməsi yüksək dəqiqlikli raket və digər silah-sursatın alınması, o cümlədən hərbi texnika istehsalının genişləndirilməsi də nəzərdə tutulub.