"Rusiya sülhməramlılarının pozucu fəaliyyəti ifşa olunmalıdır" - Deputat
    • 28-07-2023, 19:00
    • 257

"Rusiya sülhməramlılarının pozucu fəaliyyəti ifşa olunmalıdır" - Deputat

Qarabağ separatçıları iyul ayı ərzində Azərbaycan səmasında uçan müxtəlif sərnişin təyyaələrinin GPS peyk naviqasiya sistemlərinə bir neçə dəfə müdaxilə ediblər, naviqasiya bir müddət çalışmayıb. Azərbaycan Müdafiə Nazirliyi birinci müdaxilədən sonra Qarabağdakı Rusiya hərbi kontingentini olay barədə məlumatlandırsa da, faydası olmayıb. Çünki növbəti günlərdə Budapeşt-Bakı, Bakı-Füzuli, Bakı-Qəbələ reysləri ilə uçan təyyarələrin naviqasiya sistemində də kənar müdaxilə nəticəsində uzun müddət fasilələr yaranıb. 


Mövzu ilə bağlı News24.az-a adanışan millət vəkili Fazil Mustafa dedi ki, Azərbaycan tərəfi dərhal düşmənin bu təxribat xarakterli fəaliyyəti yerlərini aşkar edərək onları zərərsizləşdirməlidir. 


Onun sözlərinə görə, Azərbaycanın hava məkanında aviareyslərə qarşı belə addımın atılması birbaşa beynəlxalq konvensiyaların  pozulmasıdır:


"Rusiya sülhməramlılarının bu məsələdə bilavasitə iştirakı aydınlaşdırılmalıdır. Çünki, bu təxribatın onlar tərəfindən stimullaşdırılması da mümkündür. Belə olduğu halda rus sülhməramlılarının fəaliyyəti ifşa olunmalıdır. Bu addımlar Azərbaycanın nüfuzuna zərər vuracaq addımlardır. Buna görə də Azərbaycan tərəfi dərhal bu qüvvələri zərərsizləşdirməlidir".


Aydan