Azərbaycanlı holding rəhbəri 17 yerindən bıçaqlandı
    • 25-07-2018, 14:27
    • 1 422

Azərbaycanlı holding rəhbəri 17 yerindən bıçaqlandı

"E Media Group" media holdinginin rəhbəri Elşən Əliyevə naməlum şəxs tərəfindən 17 bıçaq zərbəsi vurulub. 

Hadisə ötən gün baş verib. Belə ki, gecə saatlarında evinə yollanan E.Əliyevdən tanımadığı bir şəxs siqaret istəyib. Qarşı tərəfdən siqaretinin olmadığı cavabını alan şəxs daha sonra ondan mobil telefonunu tələb edib. 

Bundan sonra Elşən Əliyev və hadisəni törədən şəxs mübahisə ediblər. Əlbəyaxa dava zamanı E.Əliyev 17 bıçaq zərbəsi alıb. 

Ağ və qara ciyərindən ciddi zədə alan E.Əliyev 3 saylı Şəhər klinik Xəstəxanasına yerləşdirilib. Hazırda reanimasiya şöbəsində olan zərərçəkmişin vəziyyəti ağırdır.

Teymur Məmmədov