"Diplomatlar Ukrayna əsgərləri üçün ciddi qərarlar hazırlayırlar"- Zelenski
    • 28-07-2023, 20:46
    • 211

"Diplomatlar Ukrayna əsgərləri üçün ciddi qərarlar hazırlayırlar"- Zelenski

"Ukrayna diplomatları ölkəmiz və müdafiəçilər üçün mühüm qərarlar hazırlayır. Onların təfərrüatları hələ açıqlanmır". 

News24.az "RBC-Ukraine"yə istinadən xəbər verir ki, bunu  Ukrayna prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

"Beynəlxalq rəsmilərimiz Ukrayna, əsgərlərimiz üçün kifayət qədər ciddi qərarlar hazırlayır. Biz indi əlimizdən gələni edirik", - Zelenski deyib.

Xatırladaq ki, bir sıra Qərb ölkələri müharibə başlayandan Ukraynaya hərbi yardım göstərir.

Leyla SƏMƏNDƏR