Sabahın havası - Yağış, leysan, şimşək...
    • 29-07-2023, 12:59
    • 549

Sabahın havası - Yağış, leysan, şimşək...

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-31° isti olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Arabir güclənən şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.