"Dinimizlə yanaşı, Üzeyir Hacıbəyliyə də hörmət etməliyik" - Deputat
    • 29-07-2023, 13:41
    • 539

"Dinimizlə yanaşı, Üzeyir Hacıbəyliyə də hörmət etməliyik" - Deputat

Bu günlərdə sosial şəbəkədə ajiotaj yaradan video yayımlanıb. Videoda məscidlərin birində Üzeyir Hacıbəyovun bəstəsi ilə mərsiyə deyildiyi görünür. Video cəmiyyət arasında birmənalı qarşılanmayıb.


Mövzu ilə bağlı News24.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirdi ki, video yayıldıqdan sonra Azərbaycan cəmiyyətində böyük rezonans doğurub:


"Üzeyir Hacıbəyovun əsərinin bu formada  səsləndirilməsi ciddi təhlil olunmalı bir məsələdir. Ü.Hacıbəyov Azərbaycanın bəstəkarlıq məktəbinin banisidir. Bu böyük şəxsiyyətin əsərinin belə formada ifadə olunması doğru deyil. Biz cəmiyyət olaraq bu kimi  məsələlərdə çox diqqətli olmalıylıq. Bu günlərdə Azərbaycanda Aşura günü ilə əlaqədar mərasimlər keçirilir. Dinimizlə yanaşı, Üzeyir Hacıbəyliyə də hörmət etməliyik. Ümumiyyətlə ifratdan uzaq durmalıyıq".  


İlahiyyatçı Elşad Miri isə qeyd etdi ki, Quranda mərsiyə barədə heç bir məlumat yoxdur:


"İslamın yeganə mənbəyi "Quran"dır. "Quran"da da bu haqda heç nə yazılmayıb. Buna görə də kim mərsiyyə oxuyanda hansı musiqidən, hansı bəstədən istifadə edibsə özü bilər. Çünki islamla yaxında uzaqdan əlaqəsi yoxdur bu mövzunun". 


Aydan