Meymun məktəbli qızı dişlədi
    • 29-07-2023, 15:14
    • 325

Meymun məktəbli qızı dişlədi

Leninqrad vilayətində istirahət mərkəzində meymun uşağa hücum edib.

News24.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Hadisə Leninqrad vilayətinin Priozerski rayonundakı “Şişki na Lampuşka” istirahət mərkəzində baş verib. 12 yaşlı qız meymunu yedizdirən zaman bir anda heyvan uşağa hücum edib və əlini dişləyib.

Məktəbli dərhal tibb müəssisəsinə aparılıb. Həkimlər zərərçəkənin vəziyyətini qənaətbəxş kimi qiymətləndirib, müayinədən sonra ambulator müalicə üçün evə buraxılıb.