Rusiya Afrikanın borclarını silir
    • 29-07-2023, 16:42
    • 143

Rusiya Afrikanın borclarını silir

Rusiya Afrika ölkələrinin borc yükünü azaltmaq üçün 90 milyon dollardan çox vəsait ayıracaq.

News24.az xəbər verir ki,  bu barədə TASS məlumat yayıb. 

Rusiyanın xüsusi məsələlər üzrə səfiri, Rusiya-Afrika Tərəfdaşlıq Forumu Katibliyinin rəhbəri Oleq Ozerovun sözlərinə görə, hazırda Afrika ölkələrinin Rusiya qarşısında borc məsələləri 90% həll olunub.

"Qarşıda müxtəlif maliyyə məsələləri var. Söhbət müəyyən maliyyə razılaşmalarından və tərəflərin öhdəliklərindən gedir", - o qeyd edib.

Günəş Mərd