Erməni müğənni etirazlara baxmayaraq Bakıya gələcək
    • 25-07-2018, 14:59
    • 2 568

Erməni müğənni etirazlara baxmayaraq Bakıya gələcək

26-29 iyul tarixlərində paytaxtımızda baş tutacaq "Jara" beynəlxalq musiqi festivalında erməni müğənni Zara Mqoyanın da iştirakı cəmiyyətdə söz-söhbətə səbəb olub. 

Ötən gün Mədəniyyət Nazirliyindən Z.Mqoyanın Azərbaycana gəlməsində məsuliyyəti festivalın təşkilatçılarının daşıdığı deyilib. 

News24.az sözügedən festivalın təşkilatçısı "Beat Group"la əlaqə saxlayıb. Hazırda şirkətdə məsul şəxslərdən heç kimin olmadığını deyən xanım ilk öncə Z.Mqoyanın gələcəyini desə də, sonda bu haqda məlumatının olmadığını bildirdi:

"Ümumiyyətlə icazəsi var ki, Bakıya gəlir. Əks halda, onu hava limanından keçə bilməzdi. Mən hələ ki, dəqiq heç nə deyə bilmərəm. Gələ də bilər, gəlməyə də".

Lakin daha sonra əldə etdiyimiz məlumata görə, Zara Mqoyan festivalın 4-cü günü, 29 iyul tarixində etirazlara baxmayaraq səhnəyə çıxacaq. 

Teymur Məmmədov