Bayramov və Fidan Zəngəzur dəhlizinin açılmasını - müzakirə etdi

Bayramov və Fidan Zəngəzur dəhlizinin açılmasını - müzakirə etdi Siyasət
“Həmkarım Hakan Fidanla bugünkü görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini geniş müzakirə etdik”.

News24.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 31-də Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Bakı və İrəvan arasında sülh sazişinin imzalanması vacibdir və mühüm əhəmiyyət kəsb edir: “Ermənistan öhdəliklərinə zidd olaraq hələ də hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxarmır, Zəngəzur dəhlizini açmır. Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaqdan əl çəkmir”.