12 yaşlı əkiz qardaşlar faciəvi şəkildə öldü - TƏFƏRRÜAT
    • 31-07-2023, 15:15
    • 181

12 yaşlı əkiz qardaşlar faciəvi şəkildə öldü - TƏFƏRRÜAT

Sabirabadda su kanalında üç nəfəri elektrik cərəyanının vuraraq öldürməsinin bəzi təfərrüatları məlum olub.

News24.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Cavad kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakinləri, 2011-ci il təvəllüdlü Nihad Elçin oğlu Əlizadə, onun əkiz qardaşı Əjdər Əlizadə və qohumları, 2007-ci il təvəllüdlü Orxan Əliyev sərinləmək məqsədilə ərazidəki su kanalına gediblər. Onlar suya girərkən kanalda quraşdırılmış su nasosu işlək vəziyyətdə olub. Nəticədə qurğunu elektriklə təmin edən xəttin suya buraxdığı cərəyan əkiz qardaşları və qohumunu vurub. Əkiz qardaşlar təcili yardım maşını, O.Əliyev isə yaxınları tərəfindən Sabirabad Rayon Mərkzi Xəstəxanasına çatdırılsa da, ancaq həkimlərin səylərinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.