Xaçmazda yol qəzası baş verdi
    • 1-08-2023, 00:52
    • 209

Xaçmazda yol qəzası baş verdi

Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz şəhərinin Bakı prospektindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

News24.az “Report”a istinadən xəbər verir ki, "Mercedes" markalı minik avtomobili ilə "VAZ-21014" markalı minik maşınının toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Qayıbov Vüsal Bəxtiyar oğlu, 2000-ci il təvəllüdlü Yaqubov Süleyman Rahim oğlu və 2002-ci il təvəllüdlü Mustafayev Cavid Cəfəroviç müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.