Tacik qız Rusiyada keçirilən gözəllik müsabiqəsinin qalibi olub - FOTO
    • 4-03-2019, 22:40
    • 1 233

Tacik qız Rusiyada keçirilən gözəllik müsabiqəsinin qalibi olub - FOTO

İyirmi yaşlı tacik Nilufər Rafieva Rusiyanın Vladimir şəhərində keçirilən gözəllik müsabiqəsində birinci yerə layiq görülüb.

News24.Az bildirir ki, müsabiqədə Rusiyanın regionları və Tacikistandan başqa, Azərbaycan, Qazaxıstan, Özbəkistan nümayəndələri iştirak ediblər.
Müsabiqənin şərtlərinə görə, qaliblər sırasına düşən qız gözəl olmaqla yanaşı, öz xalqının mədəniyyəti, adət-ənənələri, tarixi haqqında suallara da dəqiq cavab verməlidir. Nilufər Rafieva müsabiqənin bütün mərhələlərində qalib elan edilib.

//AZƏRTAC