Şiddətli yağışlar nəticəsində 11 nəfər həyatını itirdi
    • 1-08-2023, 15:00
    • 248

Şiddətli yağışlar nəticəsində 11 nəfər həyatını itirdi

Çinin paytaxtı Pekində leysan yağışlar nəticəsində 11 nəfər həyatını itirib, itkin düşən 27 nəfərin axtarışları davam edir.

News24.az xəbər verir ki, bu barədə ölkənin yerli mediası məlumat yayıb. 

Məlumatda qeyd olunub ki, indiyədək paytaxtın 13 rayonunda 44 min 673 nəfər əlverişsiz hava şəraitinin təsirinə məruz qalıb, 127 min nəfər isə Pekində təhlükəsiz yerlərə təxliyə edilib.

Bildirilib ki, itkin düşən 27 nəfərdən 4-ü Fanqşan kəndində axtarış-xilasetmə işləri aparan “Mavi Səma” xilasetmə qrupunun üzvləridir.