-
- 4-03-2019, 20:55
- 1 130
Əbülfəs Qarayev sabah mətbuat konfransı keçirəcək
Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə verdiyi tapşırıqların icrası ilə əlaqədar mətbuat konfransı keçirəcək.
News24.Az xəbər verir ki, Ə.Qarayev dövlət başçısının tapşırıqlarının icrası istiqamətində görüləcək işləri açıqlayacaq.
Mətbuat konfransı martın 5-də M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasında olacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər. Görüşdə Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, xalq artisti Arif Babayev, Azərbaycanın və SSRİ-nin xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycanın və SSRİ-nin xalq rəssamı Tahir Salahov və başqaları çıxış ediblər. Onlar mədəniyyət sahəsi ilə bağlı bir sıra təkliflər irəli sürüblər. Sonda Prezident İlham Əliyev qaldırılan vacib məsələlərin həlli ilə bağlı tapşırıqlarını verib.