Azərbaycan Ordusunun fərdi hazırlığı yoxlanılır - VİDEO
    • 2-08-2023, 18:17
    • 273

Azərbaycan Ordusunun fərdi hazırlığı yoxlanılır - VİDEO

2023-cü ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunda hərbi qulluqçuların fərdi hazırlığının yoxlanılması məqsədilə tədbirlər keçirilir.

Bu barədə  News24.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Müxtəlif təlim mərkəzlərində şəxsi heyətin ümumqoşun nizamnamələri, rəhbəredici və digər normativ sənədlərlə bağlı bilikləri, fiziki və sıra hazırlıqları yoxlanılır.

Ümumilikdə sinif otaqları, o cümlədən çöl-səhra şəraitində keçirilən yoxlamaların məqsədi şəxsi heyətin fərdi və praktiki hazırlığının qiymətləndirilməsidir.