Mingəçevirdə 3 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
    • 4-03-2019, 20:13
    • 603

Mingəçevirdə 3 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mingəçevir şəhər polisi 3 kq yaxın narkotik maddə aşkar edib.

Mingəçevir Şəhər Polis Şöbəsindən (ŞPŞ) verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakini Namiq Kərimov 10 qram marixuananı satarkən saxlanılmışdır.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq 3 kq yaxın marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.

//Report