-
- 3-08-2023, 17:38
- 741
ABŞ-ın neft ehtiyatları kəskin azaldı - Azərbaycana necə təsir edəcək?
ABŞ Departamentinin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatlarına görə, iyulun 22-dən iyulun 28-dək ABŞ-ın kommersiya neft ehtiyatları (strateji ehtiyat istisna olmaqla bütün ehtiyatlar) 17 milyon barel azalaraq 439.8 milyon barelə düşüb. Statistika agentliyinin məlumatına görə, ABŞ-ın neft ehtiyatları həmin dövr üçün beş illik orta ehtiyat səviyyəsindən 1% aşağıdır. Bəs görəsən, bu olay dünya iqtisadiyyatına və iqtisadiyyatı əsasən neft ixracatı üzərində qurulan Azərbaycana necə təsir edəcək?
Mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirdi ki, Amerika neft ehtiyatlarına görə dünyada birinci yerdədir:
"Eyni zamanda ehtiyatdan da əlavə hasilat səviyyəsinə görə də ilk sıradadır. Buna görə də bu ölkənin neft hasilatı ilə bağlı həcmlərdə olan istənilən dəyişiklik nəticədə öz təsirini qiymətlərə göstərir. Təbii ki, neft ehtiyatlarının Amerikada azalması ilə bağlı verilən açıqlamalar neft bazarında müəyyən dalğalanmalar yarada bilər, yəni qiymətlərin artımına gətirib çıxara bilər. Hesab edirəm ki, bu proqnozlar özünü doğruldarsa neft qiymətlərində qarşıdakı periodda tədricən artım dinamikası ola bilər".
Aydan Beydullayeva