ABŞ Ukrayna üçün böyük silah müqavilələri üzərində işləyir
    • 3-08-2023, 18:07
    • 183

ABŞ Ukrayna üçün böyük silah müqavilələri üzərində işləyir

ABŞ Ukrayna üçün 16,4 milyard dollarlıq silah müqavilələri üzərində işləyir.

News24.az "mk.ru"-ya istinadla xəbər verir ki, Amerikanın “Politico” nəşrinin jurnalisti öz “Twitter”ində bildirib ki, Pentaqonun hazırda həm Ukraynaya silah tədarükü, həm də öz ehtiyatlarını artırmaq üçün müqavilələr bağlamaq üzərində işləməsi barədə məlumat daxil olub.

Hesabatda deyilir ki, müqavilələrin ümumi dəyəri təxminən 40 milyard dollardır. Eyni zamanda, Ukraynaya birbaşa yardım üçün müqavilələrin məbləğinin təqribən 16,4 milyard dollar olduğu, Amerika ordusunun silah ehtiyatlarının artırılmasının isə 20,5 milyard dollar həcmində həyata keçiriləcəyi qeyd edilir.

Politico jurnalistinin sözlərinə görə, söhbət Kiyevə “sursat, nəqliyyat vasitələri və raketlər”in göndərilməsindən gedir.

Aydan