-
- 5-03-2019, 00:44
- 874
Elmar Məmmədyarov Xəzər dənizi nəqliyyat dəhlizinin rolundan danışıb
"“Xəzər dənizi-Qara dəniz beynəlxalq nəqliyyat marşrutu” (CSBS) üzrə yığınacağın nəticələrinin nəqliyyat, tranzit və logistika sahəsində ölkələrimiz və digər maraqlı tərəflər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verə biləcəyinə inanıram".
XİN-dən News24.Az-a daxil olam məlumata görə, bu fikirləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün Buxarestdə keçirilən Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan xarici işlər nazirlərinin “Xəzər dənizi – Qara dəniz beynəlxalq nəqliyyat marşrutu” üzrə xüsusi yığıncağında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, iqtisadi cəhətdən gerçəkləşdirilə bilən nəqliyyat infrastrukturunun inkişafı həmişə ticarət həcmlərinin artmasında böyük rol oynayıb və bu da öz növbəsində, ümumi ikitərəfli və çoxtərəfli münasibətlərin təşviqinə sürətləndirici təsir göstərir:
“Bunu nəzərə alaraq, Azərbaycan həmişə regionda qarşılıqlı əlaqələrin yaradılmasına güclü dəstək göstərib və Şərq-Qərb, Şimal-Cənub, eləcə də Cənub-Qərb nəqliyyat dəhlizlərini təbliğ etməklə regionun tranzit potensialını artırmaq üçün səylərini əsirgəməyib.
Bu baxımdan, 2017-ci ildə istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu yalnız iştirakçı ölkələri deyil, həm də qitələri birləşdirəcək. Bununla yanaşı, Azərbaycanın Ələt şəhərində yeni Beynəlxalq Dəniz Ticarət Limanının və onun Beynəlxalq Logistik Mərkəzinin tikintisi, eləcə də Azad İqtisadi Zonanın yaradılması beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətini və regionun ticarət və tranzit imkanlarını əhəmiyyətli dərəcədə artıracaq”.
E.Məmmədyarov əlavə edib ki, Rumıniya Azərbaycan üçün Aİ bazarına coğrafi darvazalardan biridir:
“Ancaq CSBS marşrutunun reallaşdırılması ilə bu darvazanın fəal işlək vəziyyətə gətiriləcəyinə inanıram. Bilavasitə qonşularımıza gəldikdə, Türkmənistan bizə Mərkəzi Asiyaya, daha sonra isə Uzaq Şərqə çıxışı təmin edir, Gürcüstan da bizim üçün Şərq-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizlərinə vacib bağlantıdır, habelə Qara dənizə giriş nöqtəsidir”.
Nazir qeyd edib ki, dördtərəfli işçi qrupunun yaradılması və ekspertlər tərəfindən yol xəritəsinin işlənib-hazırlanması nəticədə tərəfləri CSBS-nin sürətlə həyata keçirilməsini və tədricən onun səmərəli istismarını təmin etmək məqsədi ilə çoxtərəfli razılaşmaya gətirib çıxaracaq.