Bir milyon pişik COVID-19-a yoluxaraq öldü
    • 4-08-2023, 14:44
    • 259

Bir milyon pişik COVID-19-a yoluxaraq öldü

Cənubi Kiprdə  kütləvi pişik ölümləri qeydə alınıb. Buna səbəb kimi, pişiklərin koronavirusa yoluxduqları deyilir.

News24.az "TRT haber"-ə istinadla xəbər verir ki, pişiklərin müalicəsi üçün peyvəndlərdən istifadə olunacaq.

Cənubi Kipr Nazirlər Kabinetinin bəyanatında deyilir: "İnsanlarda koronavirusa yoluxma hallarının müalicəsi üçün istifadə edilən və artıq istifadə olunmayan preparatların ehtiyatları əldə edilə bilər".

Covid əleyhinə həblər şəklində olan dərmanlar baytarlıq xidmətləri vasitəsilə əldə ediləcək.

Heyvan fəalları bir milyona yaxın pişiyin öldüyü Kiprin ölü pişiklər adasına çevrildiyini bildiriblər.

Aydan