Əbülfəs Qarayev: “Mövcud sistem daha müasir əsasda qurulmalıdır”
    • 5-03-2019, 14:46
    • 774

Əbülfəs Qarayev: “Mövcud sistem daha müasir əsasda qurulmalıdır”

“Əvvəllər kitabxanaların sayı az olsa da, bu gün ölkədə 2600 kitabxana fəaliyyət göstərir.

Elə kəndlər var ki, orada dağıdılmış vəziyyətdə müəssisə və ya işləməyən kitabxanalar var.  Onların hamısı bərpa edilib maddi-texniki baza ilə təmin etmək mümkün olar bilərmi? Odur ki, bütün bu işlər mərhələli şəkildə icra olunmalıdır".

News24.az saytı xəbər verir ki, bunu  bunu mədəniyyət naziri Əbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, hazırda kinematoqrafiya sahəsilə bağlı bir neçə layihə müzakirə olunur və kino sisteminin yeni formada idarə olunması üçün lazımi addımlar atılacaq:

"Həmçinin yeni teatr iderəetmə sisteminin formalaşdırılması üçün aparıcı teatrlara əlavə vəsait ayrılacaq. Yaradıcı proses dayanmamalı və işlər sistemli xarakter almalıdır. Bəzi qanunlara əsaslanan mövcud sistem daha müasir əsasda qurulmalıdır".

Sevinc Yasinqızı