Bu ölkədə məhbusların sayı rekord həddə çatdı
    • 6-08-2023, 23:21
    • 169

Bu ölkədə məhbusların sayı rekord həddə çatdı

Fransada ötən ay həbsxanalardakı məhbusların sayı rekord həddə çatıb.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fransa Ədliyyə Nazirliyi məlumat yayıb.

Hazırda bu rəqəm 74 mini keçib.

Qeyd olunub ki, məhbuslar üçün ölkədə 60 666 yer mövcuddur.

Hazırda 74513 məhbus saxlanılır ki, bu da 2022-ci illə müqayisədə 2446 nəfər çoxdur.

Fransa ədliyyə naziri Erik Düpon-Moretti bildirib ki, iyulun əvvəlində Fransada iğtişaşlar zamanı saxlanılan 2400 nəfərin təxminən 30%-i yetkinlik yaşına çatmayanlar olub.