-
- 5-03-2019, 15:10
- 1 475
Nazirdən Afət Fərmanqızına: “Bu cür nümunələrin yayılmasına nəzarət olunsun"
“Ötən il İmaddədin Nəsiminin yaradıcılığına həsr olunmuş Firəngiz Əlizadənin əsərləri əsasında yeni müasir təqdimat etdik. Bu dünya miqyasında baxıldı. Tədbirdə bir çox ölkələrdən jurnalsitlər iştirak edirdi və gördülər ki, Azərbaycan musiqisi nələrə qadirdi. Biz belə əsərlərin təbliğinin tərəfdarıyıq.
O səbəbdən də televiziyalarımızın nəzdində Bədii Şuraların qurulması haqqında hazırda danışıqlar gedir. Heç olmasa hansısa bir çərçivə müəyyən olunsun”.
Bu sözləri mədəniyyət naziri Əbülfəs Qarayev news24.az-ın son dövlər efirləri zəbt edən Afət Fərmanqızının dahi klassikimiz İmadəddin Nəsiminin “Sığmazam” qəzəlindən istifadə edərək hind musiqisi üzərində oxuduğu “Pəncü şeş” adlı mahnısı ilə bağlı sualını cavablandırarkən deyib.
Mədəniyyət naziri bildirib ki, ümumiyyətlə yaradıcılıq işlərinə daha ciddi və həssaslıqla yanaşmağı məsləhət görüb:
“Xüsusi ilə böyük ədiblərimizin yaratdığı qəzəllərin müasir tərzdə təqdim olunmasına nə qədər maraqlı olsaq, keyfiyyəti baxımından ciddi və daxili nəzarət olmalıdır. Yaradıcılıq elə bir şeydir ki hər insan öz qadir olduğu formada onu edir. Onun dünya görüşü, yaradıcılığı, onun ifa etdiyi, bəhs etdiyi, əsərlərdə biruzə verir. Elə əsərlər var ki, uğurlu, elələri var ki, uğursuz olur. Elə əsərlər olur ki, dildən-dilə səs salır, elələri var ki cəmiyyət tərəfindən qəbul olunmur. Bu yaradıcılıq prosesidir. Mən burdan sizin vasitənizlə tövsiyə edirəm ki, Azərbaycanın böyük, dahi ədəbi incəsənətlə bağlı olan mirası var. Hər bir yaradıcı insan öz daxilində məsuliyyəti hiss etməli və dərk etməlidir. Mən bu məsələylə bağlı yalnız televiziya kanallarına məktub yaza bilərəm ki, bu cür nümunələrin yayılmasına nəzarət olunsun”.
Sevinc Yasinqızı