Əbülfəs Qarayev üzrxahlıq etdi - VİDEO
    • 5-03-2019, 15:25
    • 1 018

Əbülfəs Qarayev üzrxahlıq etdi - VİDEO

Mədəniyyət naziri Əbülfəs Qarayev bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevayla incəsənət xadimləri arasında keçirilən görüşdə xalq artisti Rasim Balayevin iştirak etməməsindən danışıb. 

News24.az xəbər verir ki, nazir bu gün keçirilən mətbuat konfransında bu məsələyə toxunub. Görüşə dəvət olunmayan mədəniyyət və incəsənət xadimlərindən üzrxahlıq edən Ə. Qarayev bunları deyib:

“Azərbaycanda 270 xalq artisti, nə qədər xalq yazıçısı, xalq şairi, xalq rəssamı var. Onların hamısını o məkana toplaya bilməzdik. Hamısını bir araya gətirsəydik, Heydər Əliyev Sarayında da yer olmazdı.
Mənim Rasim Balayevlə yaxın dostluğum var. Düşünürəm ki, əvvəlki görüşdə iştirak etməyən mədəniyyət və incəsənət xadimlərimiz növbəti görüşlərdə iştirak edə biləcəklər”.  

Sevinc YASİNQIZI