"Ümidimizi itirməmişik vuruşacağıq" - ARAİK KİMDƏN KÖMƏK İSTƏYİR?
    • 7-08-2023, 17:10
    • 372

"Ümidimizi itirməmişik vuruşacağıq" - ARAİK KİMDƏN KÖMƏK İSTƏYİR?

Qarabağdakı ermənilərin separatçılarının “başçı”sı Araik Arutyunyanın günlərdir ictimaiyyətə elan etdiyi müsahibəsi baş tutub. O, verdiyi açıqlamalarda bir sıra məqamlara toxunub. 

Həmçinin o, heç bir halda geri çəkilməyəcəkləri, vuruşacaqları və Azərbaycanın tələblərini qəbul etməyəcəkləri yönündə çıxış edib. 

News24.az xəbər verir ki, Araik müsahibədə ənənəvi erməni xislətinə uyğun olaraq terrora səsləyib və təslim olmamağa çağırıb. Ermənistan hakimiyyətindən, Rusiyadan və Qərbdən əllərini üzən Araik qeyd edib ki, bundan sonrakı dönəmdə də fəaliyyətlərinə davam edəcək və mübarizə aparacaqlar. 

“Ümidimizi itirməmişik. Beynəlxalq platformalardan gözləntilərimiz var. BMT Təhlükəsizlik şurasından kömək gözləyirik.  Müraciətlər etmişik və tədbirlərin görülməsini istəyirik”, - deyə baş separatçı deyib. 

Arzu