Nazirdən İmanov qardaşları ilə bağlı açıqlama
    • 5-03-2019, 14:55
    • 1 573

Nazirdən İmanov qardaşları ilə bağlı açıqlama

Mədəniyyət naziri Əbülfəs Qarayev hazırda davam edən mətbuat konfransında Tahir və Cabir İmanov qardaşlarına qoyulan qadağadan söz açıb.

News24.az xəbər verir ki, Ə.Qarayev T.İmanovun rəhbəri olduğu “Planet Parni iz Baku” teatrının fəaliyyəti Mədəniyyət Nazirliyi tərəfindən hər zaman diqqət mərkəzində olduğunu açıqlayıb:

“Onlara dövlət tərəfindən heç bir qadağa qoyulmayıb. Özəl telekanallar tərəfindən qadağalar var.  Buna görə də özəl şirkətlərin fəaliyyətinə birbaşa müdaxilə edə bilmərəm, sadəcə məsləhət verə bilərəm”.