-
- 7-08-2023, 14:24
- 382
Siqaret niyə bahalaşır? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi Azərbaycanda siqaretlərin qiymətində yenidən artım olub. Siqaretlərin qiyməti firmalar tərəfindən bahalaşdırılıb. Firmalar bütün siqaretlərin qiymətinə 10 qəpik əlavə edib. Bununla bağlı Bakıdakı mağazaların satıcıları tərəfindən məlumat verilsə də, qiymət artımının səbəbi açıqlanmayıb. Siqaret qiymətlərinin bahalaşması tütün məhsullarından istifadə edənlərin narazılığına səbəb olub.
Maraqlıdır, ölkədə strateji malların bahalaşmadığı halda məmulatlarının qiymətlərində tez-tez müşahidə edilən artım nə ilə əlaqədardır?
Mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirdi ki, siqaret sosial məhsul olmadığı üçün hökumət vergi dərəcəsini tez-tez qaldırır.
"Azərbaycanda son bir neçə ildə, tütün məhsullarının qiyməti tez-tez artır. Dünyanın hər yerində hökumətlər aksiz dərəcələrini vergiləri qaldırmaqla tütün məmulatlarının qiymətini bahalaşdırmağa daha rahat gedirlər. Bu, sosial bir məhsul olmadığı üçün hökumətlər tez-tez vergi dərəcələrini qaldıraraq siqaret və alkoqollu içkilərin qiymətlərinin artmasına səbəb olurlar. Ölkəmizdə son bir neçə ildə bu artım beşinci yaxud altıncı dəfədir ki, baş verir. Bundan öncə xəbər verilmişdi ki, avqust ayı üçün aksisz dərəcələri artırılacaq. Bunun da artıq nəticələrini görürük. Vergi yükü artdıqca qiymətlər də yüksəlir”.
Ekspertin sözlərinə görə, qiymət artımına etiraz etmək imkanımız mümkün deyil:
"Hökumət tütün məhsullarının tez-tez bahalaşmasını sağlam həyat tərzinin təşviqi ilə izah edir. Amma problem odur ki, başqa ölkələrin təcrübəsinə baxanda görürük ki, tütün məmulatları qonşu ölkələrdən çox baha olanda siqaret qaçaqmalçılığının sayı artır. Bu təhlükə indi də mövcuddur. Əgər Azərbaycan hökuməti kənar ölkələri nəzərə almadan bu addımı atırsa, bir müddətdən sonra ölkləyə qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlərin sayı artacaq. Bu məsələ belə bir əks-effekt doğurur".
Deputat Rüfət Quliyev isə hesab edir ki, qiymət artımı ilə bağlı rəsmi müraciət etmək lazımdır: “İstehsalçıya sual verilməlidir ki, qiymətlər nə səbəblə artır? Çünki siqaretlərin 80-85 %-i Azərbaycanda istehsal edilir. Mənə elə gəlir ki, onların izahından sonra nəticələri araşdırıb ona uyğun cavab vermək daha uyğundur”
Arzu