Ermənistanın növbəti kvadrokopteri ələ keçirildi
    • 7-08-2023, 15:05
    • 200

Ermənistanın növbəti kvadrokopteri ələ keçirildi

Ermənistan silahlı qüvvələrinə məxsus növbəti kvadrokopter ələ keçirilib

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, avqustun 7-si saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus "DJI Mavic 3" vadrokopteri Azərbaycan Ordusunun Basarkeçər rayonunun Zod istiqaməti ilə üzbəüz istiqamətdə yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.