Prezident İlham Əliyev Rasim Balayevə: "Siyahını hazırlayanların günahıdır"
    • 5-03-2019, 16:28
    • 1 358

Prezident İlham Əliyev Rasim Balayevə: "Siyahını hazırlayanların günahıdır"

 Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevə zəng vurub.

News24.Az olke.az-a istinadən bildirir ki, bu barədə Rasim Balayev özü məlumat verib:

"Təxminən on dəqiqə əvvəl cənab Prezident mənimlə telefonla danışdı. Bildirdi ki, bu, bizim sənə olan münasibətimiz deyil, siyahını hazırlayanların günahıdır. Mən də təşəkkürümü bidirdim. Bildirdi ki, bu il kino sahəsinə 5 milyon ayrıldı. Növbəti ildən kinoya vəsait ayrılması büdcəyə salınacaq. Məndən soruşdu ki, görüşdə iştirak etsəydin, nə təklifin olacaqdı? Bildirdim ki, mənim təkliflərim Mehriban Zəkinin fikirləri ilə üst -üstə düşür".

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə dəvət edilmədiyi üçün Rasim Balayev narazılığını bildirmişdi.