-
- 7-08-2023, 18:34
- 145
Rusiya və Çinin bu addımı ABŞ-ı qəzəbləndirdi
ABŞ Şimal Komandanlığı (NORTHCOM) keçən həftə Rusiya və Çinin ABŞ-ın Alyaska əyalətinə yaxın beynəlxalq sularda birgə hərbi patrul həyata keçirdiyini açıqlayıb.
News24.az “The Wall Street Journal”-a istinadla xəbər verir ki, NORTHCOM öz bəyanatında Çin və Rusiyanın patrulunun beynəlxalq sularda qaldığını və ABŞ tərəfindən təhdid hesab edilmədiyini bildirib.
NORTHCOM qeyd edib ki, bölgənin müdafiəsini təmin etmək üçün ABŞ-ın komandanlığı altında hava və dəniz elementləri birgə əməliyyatlar keçirir.
Alyaska yaxınlığındakı beynəlxalq sularda aparılan patrul zamanı Çin və Rusiyaya məxsus 11 gəmidən ibarət donanma ABŞ-ın 4 esminesi və 1 ədəd “P-8 Poseidon” tipli dəniz patrul təyyarəsi tərəfindən yaxından izlənilib. Sözügedən məlumatlar NORTHCOM tərəfindən təsdiqlənməyib.
Rusiya Müdafiə Nazirliyi də açıqlamasında Çinlə birgə patrul həyata keçirdiyini təsdiqləyərək, iki ölkənin donanmasının rabitə və göyərtə sahələrində vertolyotların eniş və qalxma təlimləri və sualtı qayıqlara qarşı təlimlər keçirdiyini açıqlayıb.
Aydan