-
- 8-08-2023, 15:21
- 305
"Yango" şəxsi məlumatları Rusiyaya ötürür
Norveç Məlumatların Mühafizəsi Təşkilatı, taksi çağırış tətbiqi "Yango" taksi şirkətinin ölkə vətəndaşlarının şəxsi məlumatlarını Rusiyaya köçürdüyünü açıqlayıb.
News24.az "haberglobal"-a istinadla xəbər verir ki, Rusiyada sentyabrın 1-də qüvvəyə minəcək yeni qanun təhlükəsizlik işçilərinə bu ölkədə fəaliyyət göstərən taksi şirkətlərinin məlumatlarına daxil olmaq imkanı verəcək.
Bildirilib ki, Norveç və Finlandiyada istifadə edilən “Yango” tətbiqi digər məlumatlar arasında yer, gediş nöqtəsi və təyinat yeri haqqında məlumatları “emal edir” və bu məlumat Norveç vətəndaşlarının nəqliyyat hərəkətlərini potensial olaraq izləməyə imkan verir.
Bu vəziyyətin məxfilik baxımından ciddi risk yaratdığını ifadə edən "Datatilsynet" dünən "Yango"ya bu məlumatların Rusiyaya ötürülməsini qadağan edən yazılı bildiriş göndərdiyini və izahat üçün 14 avqust tarixinə qədər vaxt verdiyini bildirdib.
Aydan