Məşhur Xalq artistinin qızı İŞDƏN ÇIXARILDI
    • 8-08-2023, 16:29
    • 890

Məşhur Xalq artistinin qızı İŞDƏN ÇIXARILDI

“Oğlumdan sonra qızım da işdən çıxarılıb. Bu, artıq mənim üçün dözülməzdir. Evsiz qalmağıma razı olaram, nəinki uşaqlarımın işsiz qalmasına”.

News24.az xəbər verir ki, bu sözləri 80 yaşlı Xalq artisti, kinorejissor-aktyor Şeyx Əbdül Mahmudov Musavat.com-a açıqlamasında deyib.

Xalq artistinin sözlərinə görə, qızı bu günlərdə illərdir çalışdığı işindən ayrılıb:

“Firmada çalışırdı, bu günlərdə deyiblər ki, ixtisara düşmüsən, daha işə gəlmə. İndi təsəvvür edin, oğlum bir müddət əvvəl nazirlikdəki işindən ayrılıb, indi də qızım. Bu o deməkdir ki, indi övladlarım, onların uşaqlarının da yükü mənim çiyinlərimdədir. 66 il kino sahəsində özümü şəhid etdim. Bu yaşımda kiminsə qapısını döyüb, kömək istəyə bilmirəm. Amma iş adamlarına çağırış edirəm ki, bəlkə övladlarıma iş tapmaqda dəstək ola bilərlər”.