Yeni növ COVID-19 aşkar edilib: SÜRƏTLƏ YAYILIR
    • 8-08-2023, 18:07
    • 273

Yeni növ COVID-19 aşkar edilib: SÜRƏTLƏ YAYILIR

Hindistanın COVID-19 Genomik Konsorsiumu hazırda İngiltərədə sürətlə yayılan Eris adlı COVID-19-un yeni alt variantının ölkədə hallarının olduğunu bildirdi. 
 
News24.az bu barədə xarici KİV-ə istinadla xəbər verir. 

EG.5.1 ştammı Omicron ştamından əldə edilib və ilk dəfə bu ilin martında aşkar edilib. Keçən ay İngiltərədə kəşf edilib. Son vaxtlara qədər bu ştamm o qədər də narahatlıq yaratmırdı, lakin alimlər onun yayılma sürətindən və halların sayının artmasından narahatdırlar.

"Hindistanda Eris-in sporadik hallarını gördük, lakin indiyə qədər narahat olmaq üçün heç bir şey yoxdur", - konsorsium üzvü deyib.\

Arzu