İsa Həbibbəylinin oğlu yüksək vəzifəyə təyin olunub
    • 5-03-2019, 22:30
    • 2 165

İsa Həbibbəylinin oğlu yüksək vəzifəyə təyin olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə sədr təyinatı olub.  

News24.Az bildirir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 5-də bununla bağlı fərman imzalayıb. Fərmana əsasən Səhət İsa oğlu Həbibbəyli Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib. 

Qeyd edək ki, S.Həbibbəyli bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsində çalışırdı. O, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin oğludur.