Azərbaycanda bələdiyyə sədri CƏZALANDIRILDI
    • 10-08-2023, 12:12
    • 349

Azərbaycanda bələdiyyə sədri CƏZALANDIRILDI

Şəkidə bələdiyyə sədri barəsində protokol tərtib olunub.

News24.az-a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir nəticəsində Baş Göynük kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələbləri pozulduğuna görə həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib olunaraq aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib.  
Bu istiqamətdə tədbirlər davam etdirilir.