Həbsxanada ölən məhkumun KİMLİYİ BİLİNDİ
    • 10-08-2023, 12:15
    • 727

Həbsxanada ölən məhkumun KİMLİYİ BİLİNDİ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb.

News24.az-ın Lent.az-a istinadla məlumatına görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Orada saxlanılan Məhəmməd İlyas oğlu Mamedov dünyasını dəyişib.

Onun xəstəlikdən öldüyü bildirilir.