Ukrayna Rusiyaya HÜCUM ETDİ
    • 11-08-2023, 12:09
    • 412

Ukrayna Rusiyaya HÜCUM ETDİ

Ukrayna Silahlı Qüvvələri (AFU) Kursk vilayətinin Xomutovski rayonunun Kalinovka kəndinə hücum edib.

News24.az bildiri ki, bu barədə Rusiyanın sərhəd bölgəsinin qubernatoru Roman Starovoit məlumat verib.

Onun sözlərinə görə, atışma nəticəsində xəsarət alan olmasa da, iki yardımçı tikiliyə ziyan dəyib.

Qubernator posta divarları qismən uçmuş və damları zədələnmiş binaları əks etdirən fotoşəkillər də paylaşıb.

Qeyd edək ki, avqustun 11-nə keçən gecə iki pilotsuz təyyarə Kurska hücum etməyə cəhd edib. Starovoit-in məlumatına görə, hər iki pilotsuz təyyarə şəhərə yaxınlaşarkən məhv edilib./Lenta.ru/

Qumral