"Barbie" filmi bu ölkələrdə qadağan edildi
    • 11-08-2023, 15:57
    • 212

"Barbie" filmi bu ölkələrdə qadağan edildi

Bu ilin ikinci ən çox gəlir əldə edən filmi olan və bütün dünyada trend mövzusu olan Barbie filmini qadağan edən ölkələrin sayı artmaqda davam edir.

News24.az xəbər verir ki, dünya miqyasında blokbaster olan Barbie filmi bir-bir qadağan olunmağa davam edir. Margot Robbie və Ryan Gosling-in rol aldığı film iyulun 21-də nümayiş olunduqdan sonra bütün dünyada 1 milyard dollardan çox gəlir əldə edib.  

Oyuncaq Barbie kuklası və dostu Kenin real dünyada kimliklərini kəşf etməsindən bəhs edən film, dünyada yayımlanmadan əvvəl müzakirələrin mərkəzində idi.
                
İyulun əvvəlində Vyetnam bir səhnədə Çinin Cənubi Çin dənizindəki iddialarını göstərən "doqquz tire" xəritəsindən istifadə etdiyi üçün filmi qadağan etdi.

Barbie filmi Livanda da nümayiş olunmayacaq. Livanın mədəniyyət naziri Məhəmməd Mortada verdiyi yazılı açıqlamada "Barbie" filminin "homoseksuallığı təbliğ etdiyi" və dini dəyərlərə zidd olduğu səbəbilə kinoteatrlarda nümayiş olunmayacağını açıqlayıb.
Film Livandan sonra Küveytdə də qadağan edilib. Küveyt mətbuatında çıxan xəbərlərdə Küveytin "ictimai etika"nı qorumaq üçün sözügedən qərarı aldığı qeyd edilib.

Vyetnam, Livan və Küveytdə qəbul edilən qadağa qərarından sonra filmin Pakistanın Pəncab əyalətində nümayişi filmdə “uyğun olmayan məzmun” olduğu səbəbilə təxirə salınıb.   

Aydan