Ermənistana casusluq edənin cəzası AÇIQLANDI
    • 11-08-2023, 16:34
    • 525

Ermənistana casusluq edənin cəzası AÇIQLANDI

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən Hacı Paşayevin işi üzrə məhkəmə prosesi başa çatıb. 

News24.az-ın məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə H. Paşayev 17 il azadlıqdan məhrum edilib. 

İttihama görə, Hacı Paşayev Ermənistan xüsusi xidmət orqanlarına casusluqda ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283-cü maddəsi ilə (milli, irqi və dini ədavətin qızışdırılması) maddələri ilə ittiham elan olunub.

Samir Əli