-
- 11-08-2023, 16:36
- 623
Bu saatı taxanlar 3 ilə qədər HƏBS OLUNACAQ
Malayziyada hökumətin İsveç brendi olan "Swatch" saatlarını qadağan etməsi böyük böhrana səbəb olub. İndi məşhur brendin göy qurşağı saatlarını taxmaq 3 ilə qədər həbslə nəticələnəcək.
News24.az xəbər verir ki, Malayziya hakimiyyəti elan edib ki, bütün "Pride" temalı "Swatch" məhsulları və qablaşdırmaları qadağan edilib.
Yeni qaydanı əks etdirən sənədlər qadağanı rəsmiləşdirən ölkə qəzetində də dərc olunub. Hökumət, saatın elementlərinin Malayziyada geniş ictimaiyyət tərəfindən qəbul edilməyən LGBT hərəkatının təşviqi, dəstəklənməsi və normallaşdırılmasına töhfə verməklə mənəviyyat və ictimai maraqlara zərər verə biləcəyini təfərrüatlandırdı. Ölkədə eynicinsli münasibətlər də qanunsuzdur.
May ayında Malayziyanın ticarət mərkəzlərindəki Swatch mağazalarına hüquq-mühafizə orqanları tərəfindən basqın edilib və “Pride Collection” əşyaları ələ keçirilib. Basqından sonra İsveçrə saat markası Malayziya hökumətini təzminat üçün məhkəməyə verib və Pride kolleksiya hissələrinin geri qaytarılmasını tələb edib.
Aydan