Pakistan da Türkiyə-Azərbaycan tərəfdaşlığına daxil OLDU
    • 11-08-2023, 17:01
    • 186

Pakistan da Türkiyə-Azərbaycan tərəfdaşlığına daxil OLDU

Türkiyə Milli Müdafiə Nazirinin müavini Celal Sami Tüfekçi Pakistanı MMU KAAN proqramına daxil etmək üçün bu ay Pakistan rəsmiləri ilə görüşəcəyini açıqlayıb.

News24.az
xəbər verir ki, "KAAN" döyüş təyyarəsi dizayn və istehsal mərhələlərində rəqəmsal əkiz texnologiyasından uğurla istifadə edilərək ortaya çıxan ilk nümunə hesab edilir.

İki ölkə beşinci nəsil döyüş təyyarələrinin istehsalı sahəsində əməkdaşlıq edərək mühüm addım atacaq.Əməkdaşlığa həmçinin yüksək texnologiyalı gizli döyüş təyyarələrinin dizaynı və istehsalı daxildir.

Xatırladaq ki, 25-28 iyul 2023-cü il tarixində Ankarada keçirilən IDEF'23 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsinə verilməsi planlaşdırılan 5-ci nəsil Milli Döyüş Təyyarəsi KAAN-ın inkişaf fəaliyyətləri də daxil olmaqla, istehsalat məsələlərində əməkdaşlığın iş üsullarını və prinsiplərini müəyyən etmək məqsədi ilə protokol imzalanıb.

Türkiyə, Azərbaycan və Pakistan arasında qurulması planlaşdırılan bu strateji əməkdaşlığın yeni bərabərliklər yaratmaqla yanaşı, bir çox faydaları olacağı gözlənilir.

Aydan