Neft cüzi bahalaşıb
    • 12-08-2023, 09:18
    • 446

Neft cüzi bahalaşıb

​​​​Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,21 ABŞ dolları, yaxud 0,2 % artaraq 91,40 ABŞ dolları təşkil edib.

Bu barədə News24.az-a neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçersləri 86,81 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.