Telefonla 3 dəqiqəlik video çək, 1000 AZN qazan - FOTO
    • 6-03-2019, 13:55
    • 791

Telefonla 3 dəqiqəlik video çək, 1000 AZN qazan - FOTO

Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya treylerdir.

News24.az xəbər verir ki, kinoaktyor Ruslan Sabirlinin təsis etdiyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C. Cabbarlı adına AzərbaycanFilm Kinostudiyasının təşkilati dəstəyi və ölkənin lider mobil operatoru olan Azercell şirkətinin əsas tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı Buktreyler Festivalında iştirak etmək üçün 8 mərhələdən keçmək lazımdır.

İlk növbədə festivalın rəsmi saytında (www.booktrailer.az) saytında qeydiyyatdan keçmək lazımdır.
İkinci addımda isə istədiyiniz azərbaycanlı yazıçının kitabını seçib, buktreyleri hansı media formada çəkəcəyinizi (oyun (aktyorların iştirakı ilə); - qeyri-oyun (aktyorların iştirakı olmadan); - animasiya və ya qrafika (çizgi filmi) qərarlaşdırmalısınız.  
 Daha sonra isə buktreylerin ssenarisi yazılmalıdır. Bunun üçün kitabın ən maraqlı hissələri seçilməlidir.
Buktreyler hazırladığınız ssenasi əsasında çəkilməlidir. Hətta kamerası Full HD (1920x1080) olan ağıllı telefonlardan belə istifadə mümkündür. Bununla da siz, “Ən yaxşı mobil buktreyler” nominasiyasında iştarak edə bilərsiniz.
Montaj zamanı şərtlərə mütləq riayət olunmadır. Xoronometraj maksimum 3 dəqiqə olmalıdır. 

Musiqi seçiminə mütləq şəkildə diqqət edilməlidir. Buna səbəb isə bəzi musiqilərdən istifadə edildikdə müəllif hüquqların səbəbindən  buktreyler sosial şəbəkə hesablarında yerləşdirilə bilmir. 

Buktreylerlərinizi www.wetransfer.com saytı üzərindən 1 aprel 2019-cu il tarixinədək [email protected] ünvanına göndərməlisiniz. 
Saytda qeyd olunmuş “Buktreylerlərin qeydiyyatı” bölməsində məlumatları doldurmaq lazımdır.  
Qeyd edək ki, iştirak şərtlərinə uyğun gəlməyən və tələblərə cavab verməyən Buktreylerlər Festivalda iştiraka buraxılmır.
Festival qaliblərini 1-ci2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1.000800 (hərəsi) və 500 (hərəsi) AZN, “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə isə 1.000 AZN pul mükafatları gözləyir.