Avtomobildə qaz balonu PARTLADI
    • 14-08-2023, 10:19
    • 195

Avtomobildə qaz balonu PARTLADI

Moskvada avtomobildə qaz balonunun partlaması nəticəsində sürücü yanıb.

News24.az xəbər verir ki, bu barədə Telegram 112 kanalı məlumat yayıb.

Hadisə Domodedovskaya küçəsində “Volkswagen” markalı avtomobilin içərisində baş verib. Həmin an kabinədə oturan sürücü əllərindən və üzündən yanıq xəsarətləri alıb. Kişiyə ilkin tibbi yardım göstərilib.

Avtomobildə qaz balonunun partlamasına nəyin səbəb olduğu barədə məlumat verilməyib.

Aynurə