Benzinin istehsalı 30%-dək artıb - CƏDVƏL
    • 14-08-2023, 17:47
    • 452

Benzinin istehsalı 30%-dək artıb - CƏDVƏL

Azərbaycanda bu ilin yanvar-iyul aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 598,2 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,9% artıb.

News24.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 63,1%, neft koksunun istehsalı 46,3%, avtomobil benzininin istehsalı 29,8%, qazoylların (dizel yanacağının) istehsalı 25,5% artıb, neft bitumu istehsalı 39,7 faiz, mazut istehsalı isə 94% azalıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır./apa/

Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:

Məhsul növləri2023-cü ilin yanvar-iyul aylarında istehsal edilmişdirƏvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə01.07.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı
Avtomobil benzini, min ton838,5129,84,6
Ağ neft, min ton334,2108,139,7
Qazoyllar (dizel yanacağı), min ton1 351,3125,587,4
Mazut, min ton461,8
Sürtkü yağları, min ton35,4163,15,8
Maye qazlar, min ton141115,52
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton620,179,325,1
ondan:


neft bitumu, min ton137,760,311,1
neft koksu, min ton142,2146,313,6