"BMT qlobal güclərin təzyiq vasitəsinə çevrilib" - EKSPERT
    • 15-08-2023, 14:27
    • 597

"BMT qlobal güclərin təzyiq vasitəsinə çevrilib" - EKSPERT

“BMT-nin Təhlükəsizlik Şurasındakı Qarabağ müzakirələri Azərbaycana mənfi nəticələr gətirməyəcək”. 

Bunu News24.az-a Ermənistanın Qarabağ məsələsini BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çılxarmasını şərh edərkən beynəlxalq münasibətlər üzrə ekspert Giorgi Qoqua bildirdi. 
Onun sözlərinə görə, ABŞ-ın belə bir təşəbbüslə çıxış etməsi oradakı erməni diasporunun fəaliyyəti ilə əlaqədardır:

“Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası əvvəllər olduğu kimi indi də qlobal güclərin təzyiq vasitəsinə çevrilib. Onu da bilirsiniz ki, ABŞ rəsmi səviyyədə Ermənistana xüsusi rəğbət bəsləməkdədir. Bu da adı çəkilən ölkədə uzun illərdir mövcud olan erməni lobbisinin güclü təşkilatlanması ilə bilavasitə əlaqədardır. Son 10 ildə Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən əhəmiyyətli dərəcədə güclənib və qərbin hesablaşacağı bir dövlətə çevrilib. Bu kontekstdə bir sıra ölkələrdəki erməni lobbisi Qarabağ məsələsinin nizamlanmasında rol oynamağa çalışır. Onu da nəzərə almaq lazımdır ki, BMT-nin Təhlükəsizlik Şurası ölkənin ərazi bütövlüyünə rəsmən dəstəyini ifadə edib. Bu isə Azərbaycanın həyata keçirdiyi düzgün və ardıcıl siyasətlə əlaqədardır”. 

Fərid Azəri